Bu gün Bakı vaxı ilə saat 14.00-da Azərbaycan çempionu «İnter» «Birlik kuboku» turnirində ilk oyununu keçirib. Komandamızın ilk rəqibi Qırğızıstanın «Dordoy-Dinamo» klubu olub. Qol.Az bu oyundan online-reportaj verib.
«DORDOY-DİNAMO" - «İNTER» - 0:0
"İNTER"in heyəti: 1. Raymundo Vilson, 4. Daniolli Assioli, 5. Milan Zaqorats, 6. Əliyar İsmayılov (K), 13. Bronislav Çervenka, 18. Qoran Arnaut, 21. İon Testimitianu, 17. Elvin Məmmədov, 14. Petar Zlatinov, 24. Andrey Rubins, 28. Andaveris Auqusto.
Baş məşqçi: Valentin Xodukin
Oyun başladı. Hakimlər: Daunauskas (Litva), Barışnikov, Manaxov (Rusiya).
İlk dəqiqələrdən qırğızlar fəal görünürlər.
6-cı dəq: Komandamız təşəbbüsü ələ alib.
10-cu dəq: "İnter" üstünlüyü tam ələ alıb. Az əvvəl Auqosto hesabı açmağa yaxın idi, onun başla zərbəsindən sonra top qapının üstündən keçdi.
Komandamıza dəstək çox deyil: oyunun gedişini təqribən 150 azarkeş izləyir.
17-ci dəq: Elvin Məmmədov sağ cinahdan cərimə meydançasına gözəl ötürmə verir, Auqusto özünü topa çatdıra bilmir.
Bu dəqiqələrdə üstünlük «İnter»də olsa da, oyunun tempi bir qədər aşağı düşüb.
22-ci dəq: Çox sönük oyun gedir. Komandaların qarşılıqlı hucumları nəticəsizdir.
26-cı dəq: Komandamız qol vurmağa yaxın olur: cərimə meydançasından vurulan zərbəni qapıçı qaytarır, Auqusto təkrar zərbə vurur, top qapıdan azca aralı keçir.
Oyunu izləyənlər arasında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov və AFFA-nın rəhbərliyi də var.
32-ci dəq: Son dörd dəqiqə ərzində oyunda temp artıb. «İnter»li Auqusto təkbətək mübarizədən istifadə edə bilmir, iki dəqiqə sonra Zlatinovun uzaq məsafədən vurduğu zərbə yaddaqalan olur, bundan bir dəqiqə sonra Auqusto yenə əlverişli imkandan istifadə edə bilmir. Rəqibin uzaq məsafədən vurduğu zərbədən sonra top qapıdan azca aralı keçir.
40-cı dəq: Beş dəqiqə əvvəldən fərqli olaraq, oyunda temp aşağı düşüb.
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46-cı dəq: rəqibin heyətində dəyişiklik olur: Mirlan Murzayevin əvəzinə meydana Vilyam Guyan daxil olur.
50-ci dəq: İkinci hissəyə başlayan kimi «İnter» hucüma atılır. Elvin Məmmədovun zərbəsindən sonra rəqib qapıçı topu tuta bilir.
54-cü dəq: «İnter» yüzfaizli qol şansını əldə verir. Zlatinov təkbətək mübarizədən məğlub ayrılır.
60-cı dəq: Elvin Məmmədovun başla zərbəsi qapının üstündən keçir. Zlatinov yenə əlverişli imkandan istifadə edə bilmir. Oyunu tempi yüksəlib, «İnter»in hucümlarının ardı-arası kəsilmir. Rəqib müdafiəyə oturub və əks-hücumlara üstünlük verir.
63-cü dəq: Rəqib növbəti dəyişikliyi edir: İqor Kurdyankanın əvəzinə meydana İqor Şamsaliyev daxil olurö
65-ci dəq: «İnter» dəyişiklik edir: Çervankanın yerinə oyuna Oleq Şişkin daxil olur.
70-ci dəq: Oyunun tempi aşağı düşüb.
77-ci dəqiqə: Zlatinovun yerinə meydana Quqlemon daxil olur.
81-ci dəq: Elvin Məmmədov sağ cinahda çox fəaldır, amma nə etmək olar, «İnter» yaranmış vəziyyətdən istifadə edə bilmir.
Oyunun son dəqiqələri gedir. Az əvvəl meydana yenicə daxil olan Quqlemonun zərbəsi dəqiq olmur. Elvin Məmmədov yenə fəallığı ilə seçilir. Komandamız hucüm edir…
Hesabdakı nəticə qırğızları qane edir. Rəqibin baş məşqçisi oyundan əvvəl bu oyuna uduzmamaq üçün çıxacaqlarını demişdi.
90-cı dəq: Quqlemon müdafiənin səhvindən istifadə edə bilmir. Rəqib vaxt uzadır.
Oyun başa çatdı
***
Qol.Az-ın əməkdaşının verdiyi məlumata görə, oyuna maraq elə də yüksək deyil. Hazırda tribunada cəmi 100-150 azarkeş var.
**
"Bugünkü oyundan ancaq qələbə gözləyirik. Turnirdə ən yaxşı yerlər uğrunda oynayacağıq». Bu sözləri hazırda Moskva şəhərində olan Qol.Az-ın əməkdaşına «İnter» klubunun futbolçusu Cavid Hüseynov deyib. O, turnirlə bağlı bildirib ki, başqalarından fərqli olaraq, bu yarışa ciddi yanaşmır.
***
«Biz ən azı finala kimi getməliyik». Bu sözləri hazırda Moskva şəhərində olan Qol.Az-ın əməkdaşına «İnter» klubunun hucumçusu Xaqani Məmmədov söyləyib. O, «Dordoy-Dinamo»ya qarşı az sonra başlayacaq matçdan ancaq qələbə gözlədiklərini söyləyib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı