«Biz çox ağır mövsüm keçiririk. Bu gün bizim böyük kadr problemimiz var. Bu səbəbdən oyunçular sabit çıxış edə bilmirlər». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»la oyundan sonra «İnter»in gürcüstanlı məşqçisi Kaxaber Sxadadze deyib. O, tez-tez meydança dəyişdiklərini, bunun isə futbolçuların oyununa təsir göstərdiyini vurğulayıb: «Bu ona gətirib çıxarır ki, futbolçular ötürmələrdə, topu qəbul edəndə səhvlərə yol verirlər».
Sxadadze gürcüstanlı Georgi Adamiyanın dörd futbolçunun əhatəsindən çıxaraq «İnter»in qapısına vurduğu qol barədə də danışıb: «Adamiya gözəl qol vurdu. Mən etiraf edirəm ki, lazımi hücum təşkil edə bilmədik. Amma həyat davam edir və biz səhvlərimzi düzəltməliyik. Hələ hər şey qabaqdadır».
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən «İnter» - «Qarabağ» oyunu 0:1 hesabı ilə başa çatıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis