Ağasəlim Mircavadov: «Bu gün biz iki xal itirdik»

Ağasəlim Mircavadov: «Bu gün biz iki xal itirdik»
XƏBƏR 1 May 2010 / 19:25 2452
-  A +

«Bu gün çox gərgin oyun keçdi. Matçın belə alınacağını gözləyirdik». Bu sözləri Unibank Premyer Liqasının 30-cu turunda «Neftçi»ylə qarşılaşan «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Mircavadov komandasının iki real qol şansı əldə etdiyini, lakin bundan yararlana bilmədidiklərini vurğulayıb: «Təbii ki, bu gün biz iki xal itirdik. Çempionluq şansımızı qoruyub saxlamaq üçün qələbə qazanmağımız vacib idi».
«Görüşün son dəqiqəqələrində oyunçu dəyişikliyinə əl atmasınız 0:0 hesablı nəticənin sizi qane etməsilə əlaqələndirmək olarmı» sualına baş məşqçinin cavabı belə olub: «Qətiyyən. Bir daha deyirəm, bu gün biz iki xal itirdik. Rahid Əmirquliyevin zədəsi olduğuna görə onu əvəz etmək məcburiyyətində qaldım».


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner