"Bakı"nın hücumçusu: "Qol vurmağın marağında deyiləm"

XƏBƏR 30 Aprel 2010 / 22:00 1895
-  A +

Qəbələyə gedən 18 nəfərlik futbolçu arasında qış fasiləsində “Bakı”nın heyətinə qoşulmuş braziliyalı hücumçu Adriano Padilya Nasimento da var. İş elə gətirib ki, 4 ay ərzində Adrianonun vurduğu yeganə qol məhz “Qəbələ” ilə oyuna təsadüf edib. Düşünmək olardı ki, bu oyunda meydana çıxacağı halda o, qəbələliləri bir daha məyus etmək istəyəcək. “Əslində mənim üçün qol vurmaqdan daha çox komandanın qalib gəlməsidir. Sözsüz ki, fərqlənmək istərdim. Amma qələbəmiz üçün qoldan imtina edərəm. “Qəbələ” güclü rəqibdir. Onlara hörmət edirik. Amma çəkinmirik. Meydana yalnız qələbə üçün çıxacağıq. Çempionluq istəyiriksə qalan oyunların hamısında maksimum nəticə göstərməliyik” - deyə futbolçu "Bakı"nın rəsmi saytına bildirib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...