Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 30-cu turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ötən tur gözlənilmədən “İnter”ə böyükhesabla yenilən (0:6) “Qarabağ” həmin darmadağının əvəzini digər paytaxt təmsilçisindən çıxıb. Öz meydanında “Neftçi”ni qəbul edən ağdamlılar inamlı qələbə sayəsində liderliyini qoruyub. Daha bir gözlənilməz nəticə “Qəbələ” - “İnter” görüşündə qeydə alınıb. Ötən tur lideri yenməklə çempionluq şansını artıran “bankirlər” səfərdən məğlubiyyətlə dönüb. “Karvan”ın “Simurq” üzərində 7 cavabsız qolla qələbə qazanması da diqqətçəkən məqamlardandı.
"Qəbələ" 3:1 "İnter"
Qollar: Hüseynəli Novruzov, 36; Coşqun Süleymanov, 60; 72 - Aleksandr Qross, 74.
"Qarabağ" 6:1 "Neftçi"
Qollar: Qara Qarayev, 8; Samir Hüseynov, 20; Natiq Kərimi, 40; Emin Mustafyev, 52; Rövşən İsmayılov, 65; Şəhriyar Xəlilov, 75 - Ağabala Ramazanov, 56.
"Bakı" 0:1 "Muğan"
Qol: Vüsal İsmayılov, 42.
"Standard" 0:2 "Turan"
Qollar: Fərman Kərimov, 17; Rəşaq Orucov, 77.
"Xəzər Lənkəran" 1:1 "Olimpik-Şüvəlan"
Qollar: Amid Hüseynov, 3 - Elvin Cəbrayıllı, 30.
"Karvan" 7:0 "Simurq"
Qollar: Cavid İmamverdiyev, 18; 33; 72; Teyyub Hüseynov, 24; Ruslan Hüseynov, 48; 63; Asif Səfərov, 76.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis