“Xəzər Lənkəran”la oyuna hazırlıqlarımızı hələ tam yekunlaşdırmamışıq. Hər şeyə bu gün bazada keçirəcəyimiz son məşqdə aydınlıq gələcək”. Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov söyləyib.
Sabah Unibank Premyer Liqasının növbəti – 30-cu turu çərçivəsində doğma divarlar arasında əzəli rəqibləri “Xəzər Lənkəran”ı qəbul edəcək “ağ-qaralar”ın çalışdırıcısını belə vacib oyun ərəfəsində narahat edən əsas məqam zədəlilərin sayının çox olmasıdır: “Bütövlükdə hər şey normal olsa da, bəzi oyunçularımızın zədəli olması təəssüf doğurur. Samir Əliyevin bu oyunda bizə kömək edə bilməyəcəyi öncədən də bəlliydi. Eşqin Quliyev də əməliyyatdan sonra bir müddət yaşıl meydana çıxa bilməyəcək. Tural artıq məşqlərə başlasa da, çox güman ki, növbəti turdan etibarən komandaya kömək edə biləcək. Bunlar azmış kimi, Valter Quqlemon da zədə problemiylə üzləşib. Bu futbolçunun da işimizə yarayıb-yaramayacağı hələlik sual altındadır. Həkimlərimiz çalışırlar, amma sabahkı görüşdə meydana çıxması inandırıcı görünmür. Yəqin ki, bu günkü məşqi də buraxacaq”.
Zədəlilərin çoxluğuna baxmayaraq, Əsədov sabahkı qarşılaşmadan ancaq qələbəylə ayrılmaq iddiasında olduqlarını deyir: “Təbii ki, bu kimi problemlər bizi qətiyyən ruhdan salmır. Bütün komanda üzvləri hansı məsuliyyəti daşıdıqlarını bilirlər. Yəni hər bir futbolçu başa düşür ki, bu matçda mütləq qələbə qazanmalıyıq. Çünki başqa çıxış yolumuz yoxdu. Əslində futbolçuları belə oyunlara hazırlamaq çox asandı. Yəni əlavə motivasiyaya ehtiyac qalmır. Sadəcə müəyyən tapşırıqlar vermək lazımdı ki, onlar da həmin tapşırıqları dəqiq yerinə yetirib, bizə lazım olan sərfəli nəticəni qazansınlar. Bilirik ki, “Xəzər Lənkəran” da güclü rəqibdi. Heyətində oyunun taleyini təkbaşına həll edə bilən futbolçuları da var. Çempionluq uğrunda mübarizə apardıqlarından, ilk pillədə qərarlaşdıqlarından, onların da səfərə yalnız qələbə üçün gəldikləri bəllidi. Çünki onlar üçün də qələbə çox vacibdi. Amma bizim də Avroliqaya vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmağımız gərəkdi və çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır