Sabah Unibank Premyer Liqasının final mərhələsinin 8-ci turu start götürəcək. Qol.Az-ın məlumatına görə, final mərhələsində elə də uğurlu çıxış etməyən “Qarabağ” səfərdə “İnter”lə görüşəcək. “Şəfa” stadionunda baş tutacaq görüş isə tərəflərin sayca 26-cı qarşılaşması olacaq. Geridə qalan 25 görüşün 22-si çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub. Maraqlıdı ki, hər iki komanda 25 oyunda eyni sayda qələbə sevinci yaşayıb və məğlubiyyətə üzülüb: 7 qələbə, 7 məğlubiyyət. 9 oyunda isə tərəflər 1 xal qazanmaqla kifayətlənib. Top fərqinə gəlincə, burda ağdamlılar “bankirlər”i üstələyir: 23-17.b
Cari mövsümün nəticələrinə gəlincə, təsnifat mərhələsində ilk oyun elə “Şəfa” stadionunda baş tutub. Noyabrın 7-də “İnter” Robertas Poşkuş və Leandro Roşanın vurduğu qollarla qələbə qazandı. Rəşad Sadiqovun qolu isə təsəllidən başqa heç nəyə yaramadı. Ardınca Quzanlıda baş tutan digər 2 oyunda isə eyni hesab qeydə alınıb - 1:1. Poşkuş və Samir Abbasov bakılıların, Rəşad və Aslan Kərimovlar isə “Qarabağ”ın qollarına imza atıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"