“Fatih Terim mənim dostumdur. “Qalatasaray”dan ayrılandan sonra Terim məni milli komandaya dəvət etdi və onunla işlədim. “Qəbələ”dən təkli gələndə də onunla məsləhətləşdim. O, mənə dedi ki, Azərbaycan bizə qardaş ölkədir, get bu ölkənin futbolunun inkişafı üçün çalış”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Çempion-Azərbaycan” qəzetinə açıqlamasında “Qəbələ” Futbol Akademiyasının rəhbəri Ali Yavaş deyib.
Terimlə bu gün də isti münasibətlərə malik olduğunu bildirən Qəbələ klubunun rəsmisi Türkiyə millisinin sabiq çalışdırıcısının, eləcə də öz yetirmələrindən olan “Qalatasaray”lı ulduz Arda Turanın ölkəmizə gələcəyini bildirib: “Terimlə əlaqələrim bu gün də var. Onunla ailəvi dostuq. Eyni zamanda Arda Turanla gözəl münasibətim var. Arda məni görmək üçün bu yay Qəbələyə gələcək. Onu uşaqlarla birgə idmana çıxaracam. Terimlə Ərman Toroğlu da yanıma gələcək. Amma onların səəfəri bu yay baş tutmayacaq. Onları infrastrukturumuz tam hazır olandan sonra Azərbaycana dəvət edəcəm”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"