Mayın 1-də Unibank Premyer Liqasında bəlkə də mövsümün oyunu sayılacaq qarşılaşma baş tutacaq. Qol.Az-ın məlumatına görə, həmin gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan futbolunun ən köklü klubu "Neftçi" son illərdə çempionatımıza rəng qatan "Xəzər Lənkəran"ı qəbul edəcək.
Bu arada "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında bildirib ki, rəhbərlik oyunun təhlükəsiz və maraqlı keçməsi üçün müvafiq göstərişlər verib: "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında görüş Azərbaycan çempionatının ən maraqlı, ən baxımlı oyunlarından biridir. Bu klubların qarşılaşması həmişə səbirsizliklə gözlənilir, maraq doğurur. Təsadüfi deyil ki, oyuna bir neçə gün qalsa da, görüş ətrafında böyük ajiotaj var. Klubumuzun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə "Xəzər Lənkəran"la oyuna ciddi hazırlıq işləri aparılır. Matçın böyük marağa səbəb olduğunu nəzərə alaraq, təhükəsizliyi və asayişi qorumaq məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə, Daxili Qoşunlara və Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinə müraciət olunub. Həmçinin, "Neftçi"nin təhlükəsizlik xidmətinin əməkdaşları da bu işlərə cəlb ediləcək".
Elnur Əşrəfoğlu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq oyunda "Xəzər Lənkəran" azarkeşləri üçün 500 yer ayrıldığını söyləyib: "Stadionun tutumu 5000 minə yaxındır. Qaydaya əsasən, rəqib komandanın azarkeşlərinə stadionun tutumunun 5 faizi, təxminən 250 yer verilməli idi. Ancaq "Xəzər Lənkəran"ın da böyük azarkeş kütləsinə malik olduğunu nəzərə alıb, onlar üçün ikiqat çox - 500 yer ayırmışıq. Bundan başqa, "Xəzər Lənkəran"ın rəsmiləri VIP lojada oyunu tam təhlükəsiz şəkildə izləyə biləcəklər. "Neftçi" fan-klubunun rəhbərliyi ilə də görüşmüşük, matç zamanı hansısa insidentin yaşanmaması üçün söhbətlər aparmışıq. Bir sözlə, çalışacağıq ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu Azərbaycan futbolunun adına layiq keçsin, matçı stadionda və televiziyada izləyənlər əsl zövq alsınlar və güclü tərəfin qələbəsinə şahidlik etsinlər".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır