«Qarabağ»ın gürcüstanlı hücumçusu Georgi Adamiyanın Qol.Az-a müsahibəsi
- «Qəbələ»yə qarşı Quzanlıdakı sonuncu oyunda da vacib iki xal itirdiniz. Uğursuzluğunuzun səbəbini nədə görürsən?
- Biz bəzən yaxşı oyun göstəririk, bəzən isə oyunumuz alınmır. Çox üzgünəm. Ancaq bu futboldur. Burada hər şey baş verə bilər. Lakin bununla belə, qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Mübarizəni axıra qədər davam etdirəcəyik.
- Bu həftə «İnter»lə çox çətin oyununuz var.
- «İnter» yaxşı komandadir.Çempionluğa oynayırlar. Əsasən də öz meydanlarında daha yaxşı təsir bağışlayırlar. Lakin buna baxmayaraq, bizim də mübariz komandamız var və asan təslim olmaq fikrimiz yoxdur. Oyunumuz alınacaq- alınmayacaq, bunu oyun göstərəcək. Sona qədər mübarizə aparmaq əzmindəyik.
- «Qarabağ» hazırda dördüncü pillədədir. Bu gün komandanın qarşısına hansı vəzifə qoyulub?
- Vəzifə deyəndə ki, biz çalışırıq, maksimum nəticə əldə edək. Hər üç oyunda qalib gəlməklə mövsümü uğurla bitirmək istəyirik.
- «Qarabağ»ın avrokuboklara vəsiqə qazanaq şansı nə qədərdir?
- Düşünürəm ki, əgər mütləq bu haqda fikirləşsək, bizdə heç nə alınmayacaq. Biz çalışırıq ki, öz oyunumuzu göstərməklə buna nail olaq və yenidən azarkeşlərimizə avrokubok həyacanını yaşadaq.
- Çempionatın reqlamenti sizi qane edirmi?
- Hesab edirəm ki, birinci «altılıqda»kı oyunlar daha maraqlı keçir. Burada hər bir oyun öz gərginliyi ilə yadda qalır. Mənim özüm də ilk «altılıq»da oynadığım üçün bunu daha yaxşı görə bilirəm. İkinci «altılığ»a gəldikdə isə, burada artıq çox şey bəlli olduğu üçün nisbətən maraqsız keçir. Bununla belə çempionatdan düşməmək uğrunda mübarizə maraq doğurmaya bilməz. Ümumilikdə normal çempionat izləyirik.
- «Qarabağ»da qalacaqsınızmı?
- Artıq çempionat sona yaxınlaşır. Bu mövsümü başa vuraq, sonra bu haqda fikirləşərik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır