Ötən bazar günü Bakı Futbol Federasiyasının “Sabahın ulduzları” adı altında keçirdiyi çempionatın oyunları ilə maraqlanmaq üçün ”Şəfa” stadionuna yollandıq. Kiçik yaşlı uşaqların bacarıqlarını izlədikdə həqiqətən də, futbolumuzun gələcəyinə umidlər bir qədər artır. Sabahın ulduzları arasında daha çox diqqətimizi cəlb edən oyunçulardan biri «Ulduz» komandasında forma geyən 10 yaşlı Səid Vəfadar oğlu Əliyev oldu. Onun oyununu izlədikdə, balaca istedaddan zövq almamaq olmur. Tipik total futbol oynayan bu bacarıqlı qəhrəmanın timsalında digər istedadların ortaya çıxarılması istiqamətində atılan addımlara görə təbii ki, Bakı Futbol Federasiyasının xidmətini qeyd etmək lazımdır.
S.Əliyev kiçik yaşda olmasına baxmayaraq, həddindən artıq istedadı, zəkası ilə də seçilir. Qeyd edək ki, Səid göstərdiyi gözəl oyunun nəticəsi olaraq ötən «Turun ulduzu» adına layiq görülərək, kubok və hədiyyələrlə təltif edilib. O keçirdiyi son 4 oyunda rəqib qapılardan nə az, nə çox 9 qol keçirib. Sağ ayaqla yanaşı, həm də sol ayaqla sərrast oynadığına və digər bacarıqlarına diqqət yetirdikdə bu balaca ulduzun gələcəkdə Azərbaycan futboluna çox böyük töhfələr verəcəyi şəksizdir. Səidin əsas məşqçisi olan Namiq Həsənovun kiçikyaşlı istedadla bağlı fikirlərini öyrəndik. N.Həsənov bizimlə söhbətdə Səidin gələcəkdə böyük bir futbolçu olacağına inandığını dedi: “Səid 2000-ci il təvəllüdlüdür. Amma bacarığı sayəsində özündən bir yaş böyük uşaqlarla bir komandada oynayır. Artıq bir ilə yaxındır ki, o, futbolla məşğul olur. Lakin bu qısa zamana baxmayaraq, Səid özünü çox yaxşı tərəfdən göstərə bilib. Hesab edirəm ki, sabahın ulduzlarından biri də məhz elə Səiddir. O, tipik ingilis futbolu oynayır. Çox güclü istedadı var. Gələcəkdə onun böyük bir futbolçu olacağına inanıram. Həm texnikası, həm bacarığı, həmi də sürəti var. O, həmçinin sağ ayağı ilə yanaşı, sol ayağı ilə də çox güclü və dəqiq zərbələrə malikdir. Yaxın gələcəkdə güclü klublarda oynayacağına şübhə etmirəm. Öz yaşıdları arasında demək olar ki, ən səviyyəli futbolçudur. Səid bu mövsüm ümumilikdə 15 qol vurub. Son 4 oyunda isə rəqib qapılarından 9 qol keçirib”.
N.Həsənov bir sıra aparıcı klubların Səidlə maraqlandığını da qeyd etdi. Onun sözlərinə görə, bütün təklifləri dəyərləndirdikdən sonra Səidin oynaması üçün klub seçiləcək: «Bakı», «Neftçi», «Qarabağ», «İnter» və digər klublar Səidlə ciddi maraqlanır. Yəqin ki, növbəti illərdə onu bu komandalardan birinin aşağı yaş qruplarında izləyə biləcəyik».
S.Əliyev özü isə bizimlə söhbətdə məşqçilərinin ona verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışdığını söylədi. O, gələcəkdə böyük futbolçu olmaq, eləcə də Azərbaycan futboluna öz töhfəsini vermək üçün var qüvvəsilə çalışdığını bildirdi.
PSV-dən yeni rekord
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi