Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablandırıb.
Almaniyalı mütəxəssis digər məsələlərə toxunmamışdan öncə AFFA ilə “AccessBank” arasında bağlanmış müqavilə haqda danışıb.
- Mən çox şadam ki, biz daha bir tərəfdaş tapa bildik. “AccessBank”dan bizə maliyyə baxımından da çox böyük yardım dəyəcək. Gördüyünüz kimi, AFFA-nın tərəfdaşları az deyil. Ümid edirəm ki, gələcəkdə böyük şirkətlər, banklar da futbolumuza maraq göstərəcək və AFFA ilə müqavilə bağlayacaqlar. “AccessBank”la müqavilə təkcə əsas milli komanda üçün əhəmiyyət daşımır, həm də uşaq və gənclər futbolunun inkişafı baxımından çox vacibdir.
- Unibank Premyer Liqasının növbəti mövsümünün hansı formatla keçirilməsinin tərəfdarısınız?
- Mənim beynəlxalq səviyyədə təcrübəm var və buna əsasən, həmişə öz fikirlərimi bildirirəm. Peşəkar Futbol Liqasına təklif verməsəm də, öz fikrimi bildirdim.
- Fikriniz necədir?
- Mən öz fikirlərimi aydın formada AFFA-nın vitse-prezidenti Elşad Nəsirova bildirmişəm. Beynəlxalq miqyasda futbolu necə oynayırlarsa, bizdə də elə olmalıdır. Futbolu hokkeylə eyniləşdirmək olmaz. “Pley-off” oyunları hokkeydə olur. Futbolun marağı ondadır ki, komandaların hamısının bir-birinə qarşı oynasındadır. Həm güclü, həm də zəif rəqiblər qarşılaşsınlar.
- Bu yaxınlarda keçirdiyiniz seleksiya xarakterli təlim-məşq toplantısı haqda hansı fikirdəsiniz?
- Bəzi oyunçular onlara verilən şanslardan yararlanıblar. Deyə bilərəm ki, növbəti təlim-məşq toplantılarında onların bəziləri milli komandamızla birgə olacaqlar. Həmin oyunçuların qarşıdakı 3 yoxlama matçında özlərini göstərə biləcəklərinə inanıram.
- Toplanışda iştirak edənlərdən neçəsini növbəti yoxlama görüşlərinə dəvət edəcəksiniz?
- Bunu hələ gözləmək lazımdır. Bu suala yüz faiz cavab verə bilmərəm. Çünki hələ çempionat davam edir. Baxmaq lazımdır: hansı futbolçu mövsümün sonunadək sağlam qalacaq, hansı oyunçu zədələnəcək, hansı futbolçu formasını daha da yüksəldəcək və ya əksinə, formadan düşəcək.
- Toplanışda iştirak etməyənlərə də dəvət göndərə bilərsiniz?
- Seleksiya xarakterli təlim-məşq toplantısında olmayan oyunçular son 3 turda özlərini necə göstərə bilərlər?
- Anatoli Ponomaryovdan razı qaldınız?
- Mən futbolçular barədə fikirlərimi mətbuat vasitəsilə demirəm, futbolçulara fikirlərimi təklikdə çatdırıram. Təlim-məşq toplantılarında oyunçuların hər biri haqda fikirlərimi özlərinə demişəm. O cümlədən, Ponomaryova da... Oyunçular onlardan beynəlxalq səviyyədə nələrin tələb olunduğunu bilirlər. Biz öz məşqlərimizi buna görə qurmuşuq. Oyunçulara özlərini göstərmək üçün şans vermişik.
- Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Belçika millisində baş məşqçi istefası baş verib. Sizcə, Dik Advokatın gedişi Belçika yığmasını zəiflədəcək, yoxsa onu əvəzləyəcək baş məşqçi komandaya yeni nəfəs verə biləcək?
- Məşqçidən əlavə, futbolçuların oyun keyfiyyəti komanda üçün çox vacibdir. Advokat paralel olaraq, Hollandiyanın AZ klubunda baş məşqçi kimi çalışır, orada yaxşı işləyir. Məncə, Belçika yığmasının baş məşqçisi Mark Vilmots olacaq. Vilmots yaxşı futbolçu olub, inanmıram ki, onun rəhbərliyi altında komanda zəif oyun sərgiləsin.
- Lənkəran və Ağdama səfər təəssüratlarınızı bilmək istərdik...
- Çox gözəl səfərlər oldu. Bakıdan Lənkərana 5 saat, Lənkərandan Quzanlıya 3 saat yol qət etdik. Azərbaycanı, onun insanlarını və təbiətini sevməyi öyrəndim. Ölkəniz çox xoşuma gəldi.
Mənbə: lent.az
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"