"Həftəsonu bizi "Xəzər Lənkəran"la vacib oyun gözləyir. Bütün azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.
Vaxtilə "Xəzər Lənkəran"ın heyətində oynamış 29 yaşlı yarımmüdafiəçi qarşıdakı matça ciddi hazırlaşdıqlarını bildirib: "Son iki turda 4 xal qazanmışıq. "Xəzər Lənkəran"la görüşdə qələbələrimizin sayını artırmaq istəyirik. Qarşılaşmaya ciddi hazırlaşırıq. Komandada yüksək əhval-ruhiyyə var. Son turda "Bakı"ya qalib gəlməli idik, lakin heç-heçə ilə kifayətləndik. Komandamızın bütün üzvləri "Xəzər Lənkəran"la oyunda qələbəyə köklənib".
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər