AFFA ilə Access Bank arasında əməkdaşlıq və sponsorluq haqda müqavilənin imzalanma mərasimi maraqlı hadisələrlə də zəngin olub. Qol.Az-ın məlumatına görə, tədbirin aparıcısı olan tanınmış şoumen Murad Dadaşovun millimizin baş məşqçisi Berti Foqtsdan top çiləmək xahişi yerə salınsa da, bu mənada özündən söz etdirən qəhrəmanlar olub.
Dadaşov Foqtsdan sonra zaldakılardan belə bir xahişdə bulununca, səhnədə peyda olan aşpaz top çiləmək istədiyini bildirib. Hamı onun tədbirin keçirildiyi Park İnn otelinin aşpazı olduğunu düşünsə də, belə olmayıb. Topla rəftarından nəyə qadir olduğu aşkar hiss olunan bu şəxs topu çilədikdən sonra paltarını dəyişərək, kimliyini açıqlayıb. Məlum olub ki, İsraildən ölkəmizə gələn Eyal Horn heç də aşpaz deyilmiş. Əksinə topla göstərdiyi müxtəlif şoularla bütün tədbir iştirakçılarını heyrətləndirən bu şəxsin iki dəfə “Ginnesin rekordlar kitabı”na düşməsi də məlum oldu.
Bundan əlavə M.Dadaşov Rəhman adlı azyaşlı uşağın top çiləmək bacarığını görüncə, onun və futbol adamlarımızın iştirak etdiyi başqa bir yarışma da keçirib. Nəzərdə tutulan vaxt ərzində Rəhmanın neçə dəfə top çiləməsini müəyyənləşdirmək istəyən futbol adamlarına buna görə 50 manat ödəməli olduğunu bildirən aparıcı toplanacaq məbləğin qaliblə uşaq arasında bölünəcəyini bildirib. İlk olaraq AFFA prezidenti Rövnəq Abdullayev və Acces Bankın idarə heyətinin sədri Endryu Pospilovskinin pul qoyuluşundan sonra digər tanınmış futbol adamlarımız da “stavka” etməyə başlayıb. Nəticədə büdcəyə 1100 AZN toplanıb. Murad Dadaşovun “stop” işarəsindən sonra yarışmaya qatılan futbol adamlarımızdan yalnız 21 yaşlılardan ibarət yığmamızın almaniyalı baş məşqçisi Bernard Lippert dediyi rəqəm Rəhmanın çilədiyi topların sayına yaxın olub. Lakin qalib kimi, yığılan məbləğin bölünməsinə razı olmayan almaniyalı 1100 manatın tam olaraq Rəhman adlı istedada təqdim olunmasına şərait yaradıb.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk