Eşqin Quliyev: “Komandamın məşqlərinə, oyunlarına kənardan baxmaq mənə ağır gəlir”

Eşqin Quliyev: “Komandamın məşqlərinə, oyunlarına kənardan baxmaq mənə ağır gəlir”
XƏBƏR 27 Aprel 2010 / 16:36 3421
-  A +

Ötən həftə Türkiyənin İstanbul şəhərində qasıq nahiyəsindən əməliyyat olunan "Neftçi"nin gənc və perspektivli oyunçusu Eşqin Quliyev zədəsi ilə bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən 21 yaşlılardan ibarət yığmamızın da şərəfini qoruyan yarımmüdafiəçi yaşıl meydana dönəcəyi günü səbirsizliklə gözlədiyini bildirib: "Şükür Allaha, əməliyyat yaxşı oldu. Tanınmış türkiyəli həkim Hasan Taşın apardığı əməliyyat 1 saata yaxın davam etdi. O bildirdi ki, belə zədə əksər futbolçularda olur. İnşallah, iki həftədən sonra yüngül məşqlərə başlaya bilərəm. Yəqin ki, 25 gündən sonra komanda ilə birgə məşqlərə qoşulacağam. "Neftçi"nin oyunlarına, məşqlərinə kənardan baxmaq mənə ağır gəlir. Özü də indiki vaxtda komandama daha çox kömək etmək istəyirəm. İnşallah, tezliklə sağalıb, "Neftçi"nin uğurlarında pay sahibi olacağam".

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...