"Neftçi" və "Xəzər-Lənkəran" arasında matç Azərbaycan çempionatının ən gözəl, ən maraqlı və ən gərgin oyunudur. Bütün futbolsevərlərin gözü bu qarşılaşmada olacaq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli müdafiəçi mayın 1-də Unibank Premyer Liqasının 30-cu turunda "Xəzər-Lənkəran"a qarşı keçiriləcək oyuna ciddi hazırlaşdıqlarını söyləyib. Məlikov derbidə sevinən tərəf olacaqlarına inandığını bildirib: "Qələbə "Xəzər-Lənkəran"dan daha çox bizə lazımdır. Çempionluq şansımız az olsa da, Avroliqaya vəsiqə qazanmaq imkanımız var. Buna görə oyuna qələbə əzmi ilə çıxacağıq, qalib gələcəyimizə hamımız inanırıq".
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər