“Bakı”da altıncı mövsümü keçirən Xalidu Sissoko sabah ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində “İnter”ə qarşı keçiriləcək qarşılaşmada komandasının uğur qazanacağına inanır. Qol.Az-ın məlumatına görə, seneqallı qolkiper klubun rəsmi internet saytına verdiyi açıqlamada “Bakı”nın cari mövsümdə “qızıl dubl” etmək gücündə olduğunu bildirib: “Kubok oyuna çox ciddi hazırlaşırıq. Son turlarda qarşılaşmalar arasında vaxt az olsa da, bunu problem hesab etmirəm. Çünki “Bakı”da fiziki baxımdan hər şey qaydasındadır. “İnter” güclü rəqibdir. Heyətlərində səviyyəli futbolçular var. Bununla belə, biz də iddialıyıq. Cari mövsümdə “qızıl dubl” emək üçün şansımız var. Çalışıb, bu şansdan istifadə etməliyik. “İnter”i kubokdan kənarlaşdıracağımıza inanıram”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı