Unibank Premyer Liqasının son turunda “Neftçi”ylə görüşdə “Bakı”nın yeganə qoluna imza atan Ernad Skuliç komandasıbı sabah “İnter”ə qarşı keçirəcəyi kubok oyununda uğur qazanacağına inanır. Qol.Az-ın məlumatına görə, klubun rəsmi internet saytına açıqlama verən xorvatiyalı yarımmüdafiəçi sabahkı qarşılaşma ərəfəsində nikbindir: “İnter”ə qarşı sabah bizi çətin oyun gözləyir. Amma biz meydana yalnız qələbə üçün çıxacağıq. Cavab oyunu öncəsi üstünlük qazanmalıyıq. “Bakı” kuboku qazanacaq gücdədir. Bunun üçün ilk növbədə “İnter” “sədd”ini aşmalıyıq. İnanıram ki, finala yüksələn tərəf biz olacağıq. Cari mövsümdə çempionatda “İnter”ə qol vurmuşam. Çalışacağam ki, rəqibimizi sabah bir daha məyus edim. Amma əsas olan mənim fərqlənməyim yox, komandanın uğur qazanmasıdır”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı