“Altılıq” çərçivəsində keçirilən oyunlarda əldə etdiyimiz nəticələri heç də uğursuz adlandırmazdım. Çünki çempionluq, medallar uğrunda mübarizə aparan kollektivlər arasında zəif komanda yoxdur. Rəqiblərimizin hər biri güclüdü və ciddi məqsədlər uğrunda mübarizə aparırlar”. Bu sözləri “İnter”in və Gürcüstan yığmasının qapıçısı Georgi Lomaya deyib.
Sabah ölkə kubokunun yarımfinalında “Bakı” ilə qarşılaşacaq paytaxt təmsilçisinin bu gün keçirilən son məşqindən sonra Qol.Az-ın müxbiri ilə söhbətində təcrübəli qolkiper son oyunlardakı xal itkilərinə baxmayaraq, yenə hər şeyin onlar üçün yaxşı bitəcəyinə əmindir: “Düzdü, son 3 oyunda qələbə qazana bilmirik. Nəticədə liderliyi əldən verdik. Amma yenə də hər şey öz əlimizdədir. Çempion olub-olmamağımız ilk növbədə özümüzdən asılıdır. Son 3 oyunda qələbələri sıralaya bilsək, yəqin ki, qızıl medallar məhz “İnter”ə qismət olacaq. Təbii ki, digər rəqiblərimizin də öz aralarında oyunları var və xal itirmələri mümkündür. Biz isə sadəcə son oyunlardakı səhvləri təkrarlamamalıyıq, vəssalam”!
Lomaya sabah qarşılaşacaqları “Bakı” ilə oyun və kubokdakı şansları haqda da fikirlərini bölüşüb: “Təbii ki, çətin görüş olacaq. İki oyunun nəticəsinə görə, məhz biz qalib olmalıyıq. İlk oyunumuz səfərdədir. Amma hər şey bu oyunla qurtarmır. Cavab oyunundan daha çox şey asılı olacaq ki, onu da doğma divarlar arasında keçirəcəyik. Finala çıxmaq yolunda mənim də üzərimə böyük iş düşdüyünü anlayıram. Amma müdafiəçilərsiz mən heç kiməm. Mənimlə yanaşı arxa xətt oyunçuları, yarımmüdafiəçilər, hücumçular da öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün əllərindən gələni etməlidilər. Xüsusilə də ön xətt oyunçularımız bizə hava-su kimi lazım olan qollar vurmalıdılar ki, finala vəsiqə qazana bilək. Bir sözlə tək əldən səs çıxmaz. Udanda da komanda udur, uduzanda da. Təxminən eyni gücdə komandalar olduğundan, çətin sınaq qarşısındayıq. Şansları əllinin əlliyə dəyərləndirirəm. Hər iki komanda final uğrunda döyüçəcək ki, bu üzdən maraqlı oyun olacağını düşünürəm”.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı