“Deməzdim ki, hazırda komandamız ciddi uğursuzluq yaşayır. Sadəcə, son oyunlarda çox şanssız qollar buraxırıq. Bu da istər istəməz, nəticələrimizə təsir göstərir”. Bu sözləri “İnter”in və yığmamızın yarımmüdafiəçisi Aleksandr Çertoqanov söyləyib.
Sabah ölkə kubokunun yarımfinalında “Bakı” ilə qarşılaşacaq paytaxt təmsilçisinin bu gün keçirilən son məşqindən sonra Qol.Az-a açıqlama verən orta sahə oyunçusu son oyunlardakı xal itkilərini belə əsaslandırıb: “Həm də mövsümün sonu olduğundan, yəqin yorğunluq da özünü göstərir. Məsələn, “Xəzər Lənkəran”la son səfər matçında 2 dəfə hesabda önə keçsək də, qələbə hesabını sonadək qoruyub-saxlaya bilmədik. Çünki gücümüz çatmadı. Ola bilsin ki, bunda bütün fikrimizi hesabı qoruyub-saxlamağa yönəltməyimiz də az rol oynamadı. Halbuki, müdafiəni yox, növbəti qollar vurmağı düşünsəydik, həm əsas rəqiblərimizdən birini məğlub edəcəkdik, həm də liderliyimizi geri qaytaracaqdıq. İstənilən halda hələ şanslarımız var. Yenidən liderliyi ələ keçirəcəyimizə, çempion olacağımıza inanırıq, Buna inanmasaydıq, heç oynamazdıq. Hər kəs yalnız çempion olmaq üçün əlindən gələni edir, buna köklənib. Komandamızdakı əhval-ruhiyyə də qaydasındadı. Düşünürəm ki, hər şey istədiyimiz kimi yekunlaşacaq”.
Çertoqanov sabah qarşılaşacaqları “Bakı” ilə oyun və kubokdakı şansları haqda da fikirlərini bölüşüb: “Sabahkı qarşılaşma ilk matç olduğu üçün hər iki tərəf ehtiyatlı oyuna üstünlük verəcək. Cavab matçına şans saxlamaq üçün müdafiəyə daha çox diqqət yetirib, minimal hesablı qələbə qazanmağa çalışacaq. Şansları əllinin əlliyə dəyərləndirirəm. Çünki cari mövsümdə bir neçə dəfə qarşılaşdığımız bu rəqiblə oyunlarda gah biz, gah da onlar qələbə qazanıb. Bir oyunumuz da heç-heçə başa çatıb. Bir sözlə bərabər gücdə komandalardı. Elə Premyer Liqada da demək olar eyni sayda xala malikik. Hər şeyə cavab qarşılaşmasına aydınlıq gələcək. İnanıram ki, bu cütlükdən finala çıxan tərəf məhz “İnter” olacaq”.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı