Bu gün startı verilən “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” uğrunda turnirə uğursuz start verən “Bakı” Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandası ilk oyununda Serbiyanın 17 yaşlılardan ibarət milli komandasına 0:10 hesablı ilə məğlub olub. Qol.Az-ın məlumatına görə, artıq təmsilçimizin baş məşqçisi Cavad Hilalov həmin ağır məğlubiyyətin səbəblərini açıqlayıb. “Zolaqlılar”ın çalışdırıcısı klubun rəsmi internet saytına açıqlamasında bunları söyləyib: “Şübhəsiz, bu cür hesablı məğlubiyyət bizə pis təsir etdi. Amma deməliyəm ki, məğlubiyyətimizin bir sıra səbəbləri var. İlk növbədə futbolçular arasındakı yaş fərqi özünü göstərdi. Həmçinin yol yorğunluğu da komandamızın oyununa təsirsiz ötüşmədi. İlk yarıda qapımızdan iki top buraxdıq. Amma fasilədən sonra sadaladığım amillər özünü açıq-aşkar biruzə verdi. Turnirdən öncə də demişdim ki, yarışda əsas məqsədimiz nəticə yox, təcrübə qazanmaqdır. Bu oyun bizim üçün yaxşı dərs oldu. Çalışacağıq ki, sabahkı oyuna kimi çatışmazlıqları aradan qaldırıb uğurlu nəticə əldə edək".
Xatırladaq ki, "Bakı" sabah Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi