“Bakı”nın 17 yaşlılardan ibarət komandası “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirindəki çıxışına uğursuz başlayıb. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yeniyetmə “zolaqlılar” Serbiyanın 17 yaşlılardan ibarət yığması ilə bu gün Astanada keçirdiyi görüşdə 0:10 hesabı ilə uduzub. Təmsilçimiz ilk hissədə yalnız 0:2 hesabı ilə geridə olsa da, fasilədən sonra serblərin daha yaxşı fiziki hazırlığa malik olması oyunun nəticəsinə təsirsiz ötüşməyib. Nəticədə daha 8 top buraxan “Bakı” 0:10 hesabı ilə uduzub. Təmsilçimiz turnirdə ikinci oyununu sabah Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcək.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı