"Neftçi" Unibank Premyer Liqasının 30-cu turunda "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyuna ciddi hazırlaşır. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv bu gün klubun bazasında məşq edəcək. Ailə məsələləri ilə bağlı Türkiyəyə gedən rumıniyalı Marian Aliuta artıq komandanın düşərgəsinə qayıdıb. Məşqdə yalnız Eşqin Quliyev və Tural Nərimanov iştirak etməyəcəklər. Hər iki oyunçu hazırda zədələrini sağaltmaqla məşğuldurlar.
Qarşıdakı matç "ağ-qaralılar" üçün böyük önəm kəsb edir. Flaqman həmişə olduğu kimi, yenə iddialıdır. Paytaxt təmsilçisi "Xəzər Lənkəran"a qalib gələcəyi təqdirdə, turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdıracaq. “Neftçi” - "Xəzər Lənkəran" dueli mayın 1-də keçiriləcək.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı