“Üç qol buraxandan sonra qalib gəlmək çətin məsələ idi”

XƏBƏR 24 Aprel 2010 / 19:00 1966
-  A +

"İlk hissədə qapımızdan üç qol buraxdıqdan sonra qalib gəlmək çox çətin məsələ idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Muğan"ın baş məşqçisi Almir Hurtiç,söyləyib.
Bu gün Unibank Premyer Liqasının 29-cu turu çərçivəsində doğma divarlar arasında “Karvan”ın qəbul edən və 2:3 hesabıyla məğlub olan Salyan təmsilçisinin çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında daha sonra bunları dilə gətirib: “Təbii ki, belə fərqi aradan qaldırmağımız asan deyildi. Düzdü, ikinci hissədə iki qol vursaq da, bu, qələbə qazanmağımıza şərait yaratmadı. Əksinə məğlub olduq. "Karvan"ı qələbə münasibəti ilə təbrik edirəm".


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib