Ağasəlim Mircavadovun cəzası bitdi

XƏBƏR 24 Aprel 2010 / 00:31 2006
-  A +

Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadovun diskvalifikasiyası başa çatıb.Qol.Az saytının məlumatına görə, "Unibank” Premyer Liqasının 25-ci turunda "Xəzər Lənkəran"-"Neftçi" matçından sonra 4 oyunluq cəza alan mütəxəssis artıq cəzasını başa vurub. Belə ki, A.Mircavadov qarşıdakı görüşdə komandasını texniki zonadan idarə edə biləcək. Maraqlıdır ki, Mircavadovun diskvalifikasiyadan sonra ilk oyunu da məhz elə "Neftçi"yə qarşı olacaq. Qeyd edək ki, matç mayın 1-də Bakıda keçiriləcək.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib