Tofiq Mustafayev: «Oyunçularımızda ruh düşkünlüyü yarandı»

XƏBƏR 23 Aprel 2010 / 21:12 2648
-  A +

"Komandadan razı qaldım. Birinci hissədə hesabda geri düşsək də, bərabərlik qolu vura bildik. Lakin ikinci hissədə qapımıza vurulan ikinci qoldan sonra oyunçularımızda ruh düşkünlüyü yarandı. Bütün bunlara baxmayaraq, komanda özünü toparlaya bildi və ikinci bərabərlik qolunu vurduq». Bu sözləri «İnter»lə bu gün keçirilən və 2:2 hesabı ilə başa çatan Unibank Premyer Liqasının oyunundan sonra «Xəzər Lənkəran»ın məşqçisi Tofiq Mustafayev deyib. O, futbolçularını təbrik edib, "İnter"ə gələcək oyunlarda uğurlar arzulayıb.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib