"Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı".
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Rabotniçki” ilə yoxlama oyunundan (2:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib. Ukraynalı mütəxəssis bugünkü görüşdə daha çox milli üzvlərinə şans verməsinin səbəbini açıqlayıb:
“Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz oyunda onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir qarşılaşmadan sonra geri dönəcək”.
Makedoniya klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan da danışan Qriqorçuk hazırlıq prosesinin plana uyğun getdiyini vurğulayıb: “Rabotniçki” ilə matça gəlincə, qarşılaşmada yetərincə məlumat əldə etdik. Yoxlama matçlarında belə olur. Bu gün müsbət məqam daha çox idi. Əlbəttə ki, səhvlər də oldu. Ümumilikdə hazırlıq öz qaydasında gedir. Bu oyunun əvvəlki iki matçdan aşkar fərqləndiyini deməzdim. Amma ümumilikdə yaxşı oyun oldu. Həmin matçlarda da imkanlarımız olmuşdu. Müsbət məqam kimi onu qeyd edərdim ki, bütün futbolçuları meydanda görə bildik. Bunu əvvəl gerçəkləşdirə bilmirdiksə, bu dəfə hər şey plana uyğun şəkildə oldu. Bu da müsbət məqamdır”.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video