“Oyuna ciddi hazırlaşırıq. Son turlarda göstərdiyimiz nəticə onu deməyə əsas verir ki, biz səfərdə “Qarabağ”dan 3 xal ala bilərik”. Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Sabah Ağdamda yerli “Qarabağ”ın qonağı olacaq Qəbələ təmsilçisinin çalışdırıcısı iddialı danışıb: “Düzdür, oyun çətin keçəcək. Hamı görür ki, ilk “altılıq” oyunlarının hər biri gərgin mübarizə şəraitində keçir. Ancaq bu, bizi narahat etmir. Quzanlıdan 3 xalla qayıtmaq məcburiyyətindəyik. Bu, bizim Avropa Liqasına vəsiqə qazanmaq üçün son şansımızdır. “Qarabağ” hazırda bizdən 4 xal öndədir. Məncə, bu, elə də böyük fərq deyil və aradan qaldırmaq olar. Sadəcə bundan ötrü, şəxsi oyunda bu rəqibə qalib gəlmək lazımdı. Hər bir komandanın olduğu kimi, “Qarabağ”ın da boşluqları, zəif cəhətləri var. Çalışacağıq ki, onların zəif nöqtələrindən maksimum yararlanaq. Bizim kimi, onlar da avrokuboklara vəsiqə qazanmaq niyyətindədilər. Bu da onu göstərir ki, oyun hər iki komanda üçün çox çətin keçəcək”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər