Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməsi üçün hərəkətə keçib. Qol.Az-ın «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir mayın 22-də Madrid şəhərində oynanılacaq Çempionlar Liqasının final matçını birbaşa stadiondan izləyəcək. Ərdoğanın Madridə getməsinin əsas səbəbi isə «Avro-2016»nın ev sahibiylə bağlı qərar verəcək UEFA İcraiyyə Komitəsinin (İK) üzvləri ilə görüşmək və onların dəstəyini qazanmaqdır.
Məlumata görə, Ərdoğan Türkiyənin ev sahibliyini qazanması üçün səylə çalışır. Onun İcraiyyə Komitəsində səsvermə hüququ olan ölkələrin baş nazirləri ilə də bununla bağlı müzakirə apardığı bildirilir.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər