«Azərbaycan çempionatı ilə maraqlanıram və nəticələrdən xəbər tutmağa çalışıram. Amma tez-tez Türkiyədən kənara çıxdığıma görə «Bakı»nın son matçlarını seyr edə bilməmişəm. Deyim ki, qeydə alınan uğurlu nəticələr məni heç də təəccübləndirmir». Bu sözləri türkiyəli mütəxəssis Bülənt Qorxmaz sabiq komandası «Bakı»nın Premyer Liqadakı uğurlu çıxışlarına münasibət bildirərkən söyləyib. O bir daha bildirib ki, «Bakı»nın ölkə çempionu olmaq və kuboku qazanmağa tam potensialı var: «Ona görə də hadisələrin axarını tam normal, qanunauyğun sayıram. Əla komanda qoyub getmişəm. Gedərkən də bunları dedim, çempionluğa iddialı heyət var və narahatlıq keçirməyə dəyməz. Avrokuboklarda layiqli mübarizə aparmaq üçün heyəti bir az da gücləndirmək lazımdır. İndidən onların beynəlxalq görüşlərdə uğurlu çıxış edəcəyini söyləmək olmaz. Gərək əsas heyət oyunçularını qoruyub saxlamaqla yanaşı, yeni yüksək səviyyəli futbolçular transfer edəsən».
Mənbə: «Futbol+» qəzeti
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər