“Qəbələ” Futbol Klubu bəyanat yayıb. Klubun mətbuat xidmətindən Qol.Az saytına verilən məlumata görə, bəyanatda ölkə çempionatının oyunlarına təyinat alan hakimlərin qeyri-obyektiv idarəçiliyinə etiraz edilib: “Ölkə çempionatının ən gərgin və həlledici məqamında matçlar zamanı ədaləti qorumalı olan hakimlərin yenə qeyri obyektiv idarəçiliyi ilə ön plana çıxması bizdə böyük təəssüf hissi yaradır. Hakimlər artıq özlərini futbolda aparıcı söz adamları hesab edirlər. Hər hansı oyunun nəticəsi komandaların oyuna necə hazırlaşmasından yox, hakimlərin idarəçiliyindən və kimə simpatiya və ya qərəz bəsləyəcəyindən asılıdır. Əminliklə qeyd edirik ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçında komandamızın məğlubiyyətinin səbəbi məhz hakim Rövşən Əhmədovun rəqibə simpatiya bəsləməsi oldu. Əhmədovun qeyri-obyektiv idarəçiliyi çempionatın gedişinə, medalların taleyinə birbaşa təsir etdi. Bu zaman klublarımızın həmrəylik göstərməməsi də, hakimlərin özbaşınalığına rəvac verir. Məğlub olduqları zaman haqsızlıqla üzləşdiklərini aləmə car çəkən, mətbuat səhifələrində futbolumuzdakı ədalətsizlikdən danışanlar, təəssüf ki, ədalətsiz qələbələr qazandıqda, hadisələri normal qarşılayır, müxtəlif mövzularla hakim ədalətsizliyini ört-basdır etməyə çalışırlar”.
Bildirilir ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçının hakimi Rövşən Əhmədov görüşün ikinci hissəsində "Xəzər-Lənkəran"lı futbolçunun cərimə meydançasında əllə oynamasına göz yumub: “Bu amil komandamızın məğlub olmasında başlıca rol oynadı. Halbuki, stadionun demək olar bütün nöqtələrindən futbolçunun cərimə meydançasında əllə oynaması açıq-aşkar görünürdü, lakin Əhmədov qərəzini nümayiş etdirərək, futbolumuzda daha bir ədalətsiz nəticənin tarixə düşməsinə zəmin yaratdı. Görüşün hakim-inspektoru Əli Hüseynovun görüşdən dərhal sonra hakimin kobud səhv buraxdığını etiraf etməsinə, bizim hər hansı şəkildə etiraz bildirməyimizə ehtiyac olmadığını, öz qeydlərində hakimə layiq olduğu qiyməti verəcəyini söyləməsinə baxmayaraq, AFFA və PFL nümayəndələri önündə Rövşən Əhmədovu müdafiə etməsi onsuz da matçdan öncə də bəlli olduğu kimi, Əli Hüseynovun nəyə və kimə qulluq etməsini bir daha nümayiş etdirdi. Baş məşqçimiz Ramiz Məmmədov məhz Ə.Hüseynovun sözlərinə inanaraq, hakimliklə bağlı AFFA-nın çıxaracağı qərarı gözləyəcəyimizi bildirdi. Amma matçın nəticəsinə birbaşa təsir etməsinə baxmayaraq, hakim-inspektorun Rövşən Əhmədova oyunun idarəçiliyinə görə, 7.6 bal verməsi, ədaləti qorumalı olan AFFA nümayəndələrinin həmrəy olduğunun sübutudur”.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi