Futbol üzrə Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümünün formatı müəyyənləşib. AFFA-ya yaxın etibarlı mənbələrdən verilən məlumata görə, qarşıdakı mövsümdə 14 komanda 2 dövrəlik sistemlə mübarizə aparacaq.
Bu haqda qərar aprelin 27-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında çıxarılacaq. Başqa sözlə, “6-lıq” sistemi ləğv olunacaq və Unibank Premyer Liqasını heç bir klub tərk etməyəcək. Baxmayaraq ki, martın 5-də keçirilmiş AFFA-nın konfransında yeni mövsümdə komandaların sayından asılı olmayaraq, bu sistemin saxlanılacağı haqda açıqlama verilmişdi.
AFFA rəhbərliyini fikrindən daşındırmağa iki səbəb vadar edib. Əvvəla, federasiya rəsmiləri Azərbaycanın ikinci və üçüncü böyük şəhərləri Gəncə ilə Sumqayıtın Unibank Premyer Liqasında təmsilçisinin olmasını istəyirlər. İndiki halda Sumqayıtın “Standard” klubu elitanı tərk etmək təhlükəsi ilə üzləşib. I divizionda çıxış edən Gəncənin eyniadlı komandası isə hazırda yüksək liqaya vəsiqə verən 2-ci pillədədir və elitaya yüksəlməyə namizəddir.
Digər səbəb isə Unibank Premyer Liqasında daha çox regionumuzun təmsil olunması istəyidir. Hazırda yüksək liqada təhlükəli zonada qərarlaşan daha 3 klub - “Turan”, “Muğan” və “Karvan” regionlarımızın təmsilçiləridir. Sumqayıtın “Standard” klubu 9-10-cu yeri tutaraq, I diviziona enmə təhlükəsindən qurtulacağı halda, məhz bu 3 rayon klubundan 2-si elitanı tərk edəcək. Əvəzində Premyer Liqaya “Gəncə” ilə yanaşı, Bakını təmsil edən MOİK və ya “Bakılı” yüksələ bilər. Bu zaman paytaxt klubları “İnter”, “Bakı”, “Neftçi” və “Olimpik-Şüvəlan”a 5-cisi, hətta “Gəncə” bu hüquqa yiyələnə bilməsə, 6-cısı əlavə oluna bilər. Bu isə 12 komandanın yarısının Bakını təmsil edəcəyi anlamına gəlir.
AFFA rəsmiləri isə Unibank Premyer Liqasında daha çox region komandasının olmasına çalışdıqlarını bildirir. Buna görə də aprelin 27-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında, çox güman ki, 14 komandanın iştirakı ilə 2 dövrəlik sistemin tətbiqinə qərar veriləcək. Yeni formata əsasən, çempion məhz 26 turluq mübarizənin yekununda müəyyənləşəcək.
Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev indidən bu haqda danışmaq istəmədiyini bildirib: “Hər şeyə aprelin 27-də aydınlıq gətiriləcək. Həmin vaxtadək hər hansı rəsmi fikir bildirmək niyyətimiz yoxdur”.
Mənbə: lent.az
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi