"Neftçi" rəhbərliyi azarkeşlərə müraciət etdi

XƏBƏR 22 Aprel 2010 / 11:32 1890
-  A +

Sabah "Neftçi" klubu Unibank Premyer Liqasında vacib görüşlərdən birinə - "Bakı" ilə oyuna çıxacaq. Qol.Az-ın məlumatına görə, oyun ərəfəsində "Neftçi" rəhbərliyi azarkeşlərə müraciət edib: "Bu oyunda flaqmanın "12-ci oyunçu"ya - möhtəşəm dəstəyə  ehtiyacı var. "Neftçi" rəhbərliyi könlünü ağ-qara rənglərə vermiş bütün tərəfdarlarını sabah saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq görüşə çağırır. Haydı, Bakı derbisinə! Biz sizinlə daha böyük uğurlar qazanacağıq, möhtəşəm "Neftçi"sevərlər! Gəlin, rəqibi birgə devirək!"
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner