“Göyəzən” ilk qələbəsini qazandı

XƏBƏR 22 Aprel 2010 / 11:01 1841
-  A +

Futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının 12-ci turundan təxirə salınmış bir oyun keçirilmişdir. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məluatına görə, səfərdə “Anşad-Petrol”un qonağı olan “Göyəzən” cari mövsümdə ilk qələbəsini qazanıb. Lakin bu qələbə cəmi xala malik Qazax klubunun sonuncu pillədən yaxa qurtarmasına kömək etməyib. Hazırda bu komanda 11-ci pillədə qərarlaşan “Energetik”dən 5 xal geri qalır.

12-ci turdan təxirə salınan oyun

"Anşad-Petrol" - "Göyəzən" 1:2
Qollar: Ceyhun Əliyev, 55 - Elgün Namazov, 11; Qoşqar Sarıyev, 18.


Son xəbərlər
topaz banner