Türkiyə futbolunda növbəti qalmaqal

XƏBƏR 21 Aprel 2010 / 18:22 1950
-  A +

Ötən həfət sonu Turkiyə Superliqasının 30-cu turu cərçivəsində olaylı şəkildə keçən «Fənərbaxça»-«Beşiktaş» matçı ilə bağlı «qara qarta»l Türkiyə Futbol Federasiyasına (TFF) müraciət ünvanlayıb. Qol.Az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Beşiktaş» klubunun İdarə Heyəti TFF-yə ünvanladığı etiraz məktubda bunları qeyd edib: «Bu matçda «Fənərbaxça» komandası futbol qaydalarına riyaət etməyib. Bir sıra hallarda rəqib fuibolçular tərəfindən oyun qaydalarına zidd olan adımlar atılıb. Biz sözügedən matçın nəticəsinin ləğv edilməsini və rəqib komandaya texniki məğlubiyyət verilməsini tələb edirik».
Qeyd edək ki, «Beşiktaş» komandası həmin oyunun 64 dəqiqəsində «Fənərbaxça»nın qapısına təyin edilmiş penalda rəqib oyunçu olan Biliçanın 11 metrlik cərimə nöqtəsini ayağı ilə qazması məqamına etiraz edir. Məhz bu penaliltidən» qara qartal» faydalana bilməmişdi.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu