Gələn həftə ölkə kubokunda növbəti – yarımfinal mərhələsinin oyunlarıyla əlaqədar Unibank Premyer Liqasının 29-cu turu həmişəki kimi şənbə yox, cümə günü start götürəcək. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, iki günə bölüşdürülən növbət turun oyunlarına şənbə günü yekun vurulacaq. Məhz bu üzdən həm çempionluq uğrunda mübarizə aparan, həm də kubokda çıxışını davam etdirən komandalar ilk oyun günündə meydana çıxacaq.
Son turda “Standard” üzərində minimal hesablı qələbə sayəsində “ikinci altılıq”da liderliyə yüksələn “Olimpik-Şüvəlan” əsas izləyicisi “Simurq”u qəbul edəcək. “Təyyarəçilər”in öz yarımqrupunda liderliyini qoruması üçün çox gözəl şansı var. Nazim Süleymanovun yetirmələri cari mövsümdə altıncı dəfə qarşılaşacaqları bu rəqiblə dueldə qələbə qazana bilsələr, demək olar ki, bu vəzifənin öhdəsindən böyük ölçüdə gəlmiş olacaqlar. “İkinci altılıq” çərçivəsində keçiriləcək digər oyunda “Turan” – “Standard”ı qəbul edəcək. Elitada qalmaq uğrunda gərgin mübarizə aparan tərəflərin hər ikisinə qələbə hava-su kimi lazımdı. Xüsusilə, Sumqayıt təmsilçisinə. Böyükağa Hacıyevin komandası ötən turdakı “Olimpik-Şüvəlan” məğlubiyyətinin də əvəzini çıxmalıdı. Əks halda, birinci diviziona yollanacaq komandalardan biri məhz “Standard” ola bilər.
İlk oyun gününün digər iki qarşılaşması isə çempionluq uğrunda mübarizə aparan komandalar arasında olacaq. Son turlar qazandığı nəticələrlə titulunu qorumaq yolunda önəmli addım atan “Bakı” doğma divarlar arasında “Neftçi”ni qəbul edəcək. Hansı ki, cari mövsümdə “zolaqlılar” bu rəqibinə heç vəchlə qalib gələ bilməyib. “Bakı” cəmi 2 xal geri qaldığı liderdən aralanmamaq üçün mütləq bu uğursuz sindroma son qoymalı və qələbə qazanmalıdı.
Turun mərkəzi görüşü isə Lənkəranda keçiriləcək. Ötən tur “İnter”in məğlubiyyətindən yararlanaraq zirvəni ələ keçirən “Xəzər Lənkəran” elə əsas izləyicisini qəbul edəcək. Cənublular qələbə qazana, əsas rəqiblərindən birini sıradan çıxarmış olacaq. Əks halda, “İnter” yenidən liderliyini bərpa edə bilər.
İkinci oyun gününə təsadüf edəcək “Qarabağ” – “Qəbələ” görüşünü isə məğlubların dueli kimi qiymətləndirmək olar. Ağdam təmsilçisi ümumiyyətlə final mərhələsində kifayət qədər uğursuz çıxışı ilə diqqət çəkir. Son turda doğma divarlar arasında “Bakı”ya biabırçı hesabla (1:4) məğlub olan Qurban Qurbanovun yetirmələri indi bu uğursuz çıxışa son qoymalıdı. “Qəbələ” isə final mərhələsində yalnız “Xəzər Lənkəran”a hər iki görüşdə məğlub olsa da, digər matçlarda məğlubiyyət tanımır.
Nəhayət turun son oyununda “Muğan” cari mövsümdə 1 dəfə yenib, iki oyunda sülhlə ayrıldığı “Karvan”ı qəbul edəcək. Salyan təmsilçisi Yunis Hüseynovun komandasını məğlub etməklə, elitayla vidalaşmasını rəsmiləşdirə bilər. Hansı ki, bu qələbə Almir Hurtiçin komandasına da elitada qalmaq üçün çox vacibdi.
Premyer-Liqa
29-cu tur
23 aprel (cümə)
"Bakı" - "Neftçi"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:15
"Olimpik-Şüvəlan" - "Simurq"
Bakı. "Şəfa" stadionu. Saat 16:00
"Turan" - "Standard"
Tovuz. Şəhər stadionu. Saat 16:00
"Xəzər Lənkəran" - "İnter"
Lənkəra. Şəhər mərkəzi stadionu. Saat 18:00
24 aprel (şənbə)
"Muğan" - "Karvan"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00
"Qarabağ" - "Qəbələ"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı