«Qarabağ» məşqlərə başladı

XƏBƏR 20 Aprel 2010 / 16:36 1959
-  A +

«Qarabağ» yenidən hazırlıqlara başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, şənbə günü «Bakı»yla qarşılaşdıqdan sonra paytaxta dönən komanda iki günlük aradan sonra yenidən məşqlərə start verib. Adətən matçsonrası 1 çalışmayla kifayətlənən komanda 2 günlük istirahət səbəbi millinin təlim-məşq toplanışından dönən futbolçuların yorğunluğu ilə bağlıdır. Səhər çalışması bazada baş tutub. Futbolçular trenajor zalında çalışıblar. Günün ikinci məşqi isə Suraxanı qəsəbə stadionunda keçiriləcək.
Məşqlərdə mövsümü bitirən Rəşad Sadiqov iştirak etmir. Aftandil Hacıyev, Namiq Yusifovun isə müəyyən ağrıları var. Vüqar Nadirov isə fərdi məşqlərə başlayıb.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu