"Neftçi"nin 17 yaşadək futbolçulardan ibarət komandası 25-31 may aralığında İtaliyada keçiriləcək "Ciorciaria World Cup-4" turnirinə hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbər görə, "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu qarşıdakı yarış barədə geniş məlumat verib: "Bu turnirə maraq çox böyükdür. Yarış yeniyetmə futbolçular arasında "kiçik dünya çempionatı" adlandırılır. Ötən turnirlərin gedişini tanınmış mütəxəssislər Frans Bekkenbauer, Marsello Lippi, Ektor Kuper və digər məşhurlar izləyiblər. Yarışın böyük diqqət mərkəzində olması heç də təsadüfi deyil. Çünki həmin turnirdə böyük futbola qədəm qoymağa hazırlaşan gənc oyunçular mübarizə aparırlar".
Elnur Əşrəfoğlu flaqmanın İtaliyaya dəvət almasının qürurverici hal olduğunu bildirib: "Neftçi" komandası ilk dəfə bu nüfuzlu yarışda çıxış edəcək. Sevindirici haldır ki, təşkilatçılar MDB və Baltikyanı ölkələrdən yalnız "Neftçi"yə və Moldovanın "Zimbru klubuna dəvət göndəriblər. Budəfəki turniri izləyənlər arasında dünyanın ən güclü məşqçilərindən biri Joze Maurinyo və ulduz futbolçu Franşesko Tottinin də olacağı gözlənilir. "Neftçi"nin nümayəndə heyətinə klubumuzun icraçı-direktoru Mübariz Xudiyev və mən rəhbərlik edəcəyik. Yeniyetmə futbolçularımız özlərini sübut etmək əzmindədirlər. Çalışacağıq ki, rəhbərliyin bizə göstərdiyi etimadını doğruldaq".
Qeyd edək ki, beynəlxalq turnirdə İngiltərənin "Mançester Yunayted", "Arsenal", "Kristal Pelas", İtaliyanın "Roma", "Milan", "Yuventus", "Fiorentina", "Kyevo", "Bari", "Napoli", "Kalyari", Fransanın "Bastiya", Xorvatiyanın "Hayduk", Portuqaliyanın "Benfika", ABŞ-ın "Nyu-York Stars" kimi məşhur komandaları da iştirak edəcəklər. "Neftçi" "D" qrupunda İtaliyanın "Bari" və "Arpino", Serbiyanın "Partizan" klubları ilə oynayacaq.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi