“Neftçi” Peşəkar Futbol Klubunun rəsmi saytı – www.neftchifc.com fəaliyyətə başlayıb. Bu haqda Qol.Az-a “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib: “Sadıq Sadıqov klub prezidenti olduqdan sonra “Neftçi”nin rəsmi saytının yenilənməsi, dizaynının təkmilləşdirilməsi qərara alındı. Bu məsələ qısa müddətdə həllini tapdı. Sayt bir ay ərzində test rejimində işləyəcək. Həmin vaxt saytla bağlı bütün tamamlama işləri görüləcək. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir, gələcəkdə saytın rus və ingilis dili variantları da işə salınacaq”.
Saytın zəngin bazaya malik olduğunu söyləyən Elnur Əşrəfoğlu flaqman barədə dolğun məlumat almaq baxımından oxucular üçün böyük imkan yarandığını deyib: “Flaqmanın rəsmi saytında bir çox bölmələr, zəngin məlumatlar var. Bildiyiniz kimi, ümummilli liderimiz Heydər Əliyev “Neftçi”nin oyunlarını həmişə diqqət mərkəzində saxlayıb, klubun rəhbərliyi və futbolçuları ilə görüşüb. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də “Neftçi”nin çıxışını çox yaxından izləyir, flaqmanın qələbələrinə sevinir. Bununla bağlı, saytımızda “Heydər Əliyev və Neftçi” və “Flaqmanın qızıl tarixi” bölmələri mövcuddur. Eyni zamanda, “Neftçi”nin rəhbərliyi, müxtəlif yaş qruplarından ibarət komandaları, strukturu, nizamnaməsi, inzibati heyəti, uğurları haqqında da saytda yazılar yerləşdirilib. Azarkeşlər, futbol ictimaiyyətinin üzvləri, eləcə də KİV nümayəndələri “Neftçi” ilə bağlı ən operativ xəbərləri məhz saytımız vasitəsilə əldə edə bilərlər”.
Departament rəisi onu da vurğulayıb ki, tezliklə “Neftçi” klubunun jurnalı da işıq üzü görəcək.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi