“0:4 hesablı məğlubiyyətdən sonra nəsə demək çox çətindir. Lakin etiraf etməliyik ki, məğlubiyyətə layiq idik”. Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
Almaniyalı mütəxəssis Avropa çempionatının elit-raundunun İspaniya ilə oyunundan sonra 0:4 hesablı məğlubiyyətə izah tapmaqda çətinlik çəkib. 48 yaşlı çalışdırıcı AFFA-nın rəsmi internet saytına verdiyi açıqlamada nəticəni səviyyə fərqi ilə izah edib: “Çünki rəqiblə səviyyə baxımından ayaqlaşa bilmədik. Nə qədər acı səslənsə də, deməliyəm ki, hətta hesab daha böyük ola bilərdi. Bütün komponentlərdə – texnika, qaçışa hazırlıq, düşünülənlərin icra olunması və s. – rəqib bizdən üstün idi. Futbolçularımızda lap aşağı yaş qruplarında öyrənməli olduqları baza bilikləri çatışmır. Bütün bunların fonunda burada topladığımız təcrübə üçün minnətdar olmalıyıq. Norveç yığması ilə oyunda qeyri-adi görünə biləcək yaxşı nəticə əldə etdik. Elit-raund bizim üçün böyük təcrübə oldu və burada çox şeylər öyrəndik. Futbolçularımız əslində, hansı səviyyədə futbol oynadıqlarını əyani şəkildə gördülər”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi