Nazim Süleymanov: “Bu tur fərqli heyətlə mübarizə aparsaq da...”

Nazim Süleymanov: “Bu tur fərqli heyətlə mübarizə aparsaq da...”
XƏBƏR 18 Aprel 2010 / 19:29 1868
-  A +

“Oyun ərzində bir çox qol imkanları yaratdıq. Lakin Təəssüf ki, yalnız bir dəfə fərqlənə bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov söyləyib.
Unibank Premyer Liqasının 28-ci turunda səfərdə “Standard”la qarşılaşan və minimal hesabla qələbə qazanan “təyyarəçilər”in çalışdırıcısı fərqli heyətlə mübarizə apardıqlarını önə çəkib: "Doğurdan da çox gərgin oyun keçdi. Keçən oyunla müqayisədə bu tur fərqli heyətlə mübarizə apardıq. Amma bu istədiyimiz nəticəni qazanmağımıza mane olmadı. "Standard" klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Son xəbərlər
topaz banner