Almir Hurtiç yerli futbolçulardan razı qaldı

XƏBƏR 18 Aprel 2010 / 19:24 1795
-  A +

"Olduqca maraqlı oyun izlədik. Bir çox qol imkanları yaratsaq da, onlardan istifadə edə bilmədik”. Qol.Az-ın məlumatına görə, bu fikirlər “Muğan”ın baş məşqçisi Almir Hurtiçə məxsusdu.
Unibank Premyer Liqasının 28-c turunda doğma divarlar arasında “Turan”ı qəbul edən və qolsuz heç-heçəyə razılaşan Salyan klubunun çalışdırıcısı yerli futbolçuları tərigləyib: “Oyunun ilk 30 dəqiqəsində komandamız ümumiyyətlə heç nə ilə yadda qalmadı. Lakin ikinci hissədə daha yaxşı oynadıq, üstünlüyü ələ aldıq. Heyətimizdə 5 yerli oyunçu oynadı, onları göstərdikləri oyuna görə təbrik edirəm. "Turan" çox güclü komandadır, qarşıdakı oyunlarda "Turan"a uğurlar arzulayıram".

Son xəbərlər