Nizami Sadıqov: “Onların yerini doldura bilmədik”

Nizami Sadıqov: “Onların yerini doldura bilmədik”
XƏBƏR 18 Aprel 2010 / 19:20 2364
-  A +

“Heyətimizdə zədəli futbolçular var idi, onların yerini doldura bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən “Muğan” – “Turan” oyunundan sonra qonaq komandanın baş məşqçisi Nizami Sadıqov deyib.
Unibank Premyer Liqasının 28-c turunda Salyanda meydan sahibləriylə qolsuz heç-heçəyə razılaşan Tovuz təmsilçisinin çalışdırıcısı rəqib komandanı tərifləyib: "Muğan" çox yaxşı komandadır, gözəl oyun göstərdilər. Bugünkü oyun da çox yaxşı alındı. Bir neçə qol imkanı yaransa da, təəssüf ki, bunlardan yararlana bilmədik. "Muğan" klubunu təbrik edirəm."

Son xəbərlər