Arif Əsədov: “Oyundan öncə futbolçularla ciddi söhbətim olmuşdu”

Arif Əsədov: “Oyundan öncə futbolçularla ciddi söhbətim olmuşdu”
XƏBƏR 18 Aprel 2010 / 18:43 2095
-  A +

“Çox vacib görüş idi. İddialarımızı davam etdirmək üçün mütləq qələbə qazanmaq istəyirdik. Şadam ki, bu vəzifənin öhdəsindən çətinliklə də olsa, gələ bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının 28-ci turunda bu gün “İnter”i 1:0 hesabı ilə məğlub edərək, bürünc medallar və avrokuboklara düşmək şansını saxlayan paytaxt təmsilçisinin çalışdırıcısı oyundan öncə yetirmələriylə ciddi söhbət etdiyini deyib: “Oyundan əvvəl futbolçularla ciddi söhbətim olmuşdu. Onlara demişdim ki, bir komandaya mövsüm ərzində nə qədər uduzmaq olar? Necə güclü komanda olur-olsun, onlarla oyunda qələbə qazanmağın açarını tapmalıyıq. Futbolçularımı bu vəzifənin öhdəsindən gəlmələri münasibətilə təbrik edirəm. Cavid Hüseynov bu gün çox döyüşdü. Əvəzlənməsi də ilk hissədə daha çox çalışması və yorulmasıyla bağlı idi. Meydanda təzə nəfəsə ehtiyac olduğundan Valter Quqlemonu buraxdım”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq