Venio Moraes Pio: “Hər oyuna çempion kimi çıxırıq”

Venio Moraes Pio: “Hər oyuna çempion kimi çıxırıq”
XƏBƏR 18 Aprel 2010 / 11:56 1831
-  A +

“Komandamız çox əhəmiyyətli qələbə qazandı. Çempionluq uğrunda mübarizədə bu 3 xal bizə hava-su kimi lazım idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Venio Moraes Pio deyib.
Unibank Premyer Liqasının 28-ci turunda səfərdə “Qarabağ”ı məğlub edən (4:1) bakılıların braziliyalı yarımmüdafiəçisi bildirib ki, bu görüş onun üçün yaddaqalan olub: “Bilirdik ki, "Qarabağ" öz meydanında məğlub olmur, bu səbəbdən oyuna fərqli əhval-ruhiyyə ilə hazırlaşırdıq. Bu oyun şəxsən mənim üçün də bir məqamla yadda qaldı. "Bakı"nın heyətində ilk qolumu vurdum. Çalışacağam ki, bundan sonra da komandamız üçün faydalı olum. Komandamız öz sözünü deməyi bacardı, başqa cür ola da bilməzdi, çünki biz hər oyuna çempion kimi çıxırıq, bu titulu qoruyacağımıza əminəm”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu