Unibank Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq “Bakı”nın futbolçuları - Vyaçeslav Sofroni, Gürşat Duymuş və Adnan Bərəkət qarşılaşmayla bağlı fikirlərini klubun rəsmi internet saytına açıqlayıblar.
Vyaçeslav Sofroni: “Hər oyuna olduğu kimi “Qarabağ”la matça da ciddi hazırlaşırıq. “Qarabağ” güclü rəqib olsa da, biz qələbə qazanmaq istəyirik. Hazırda çempionluq üçün gözəl şansımız var. Bunu “Xəzər Lənkəran”la oyunda da sübut etdik. Məqsədimiz “Qarabağ”ı məğlub etməkdir. Bu halda turnir cədvəlində vəziyyətimizi bir qədər də yaxşılaşdırmış olacağıq”.
Gürşat Duymuş: “Son turda “Xəzər Lənkəran” üzərində gözəl qələbə qazandıq. Sabah bizi çox çətin oyun gözləyir. Şübhə etmirəm ki, “Qarabağ”la oyun mövsümdəki ən ağır qarşılaşmalardan biri olacaq. Rəqib çox güclüdür. Amma mən bizim komandanın gücünə arxayınam. Düşünürəm ki, Ağdamdan 3 xalla dönə bilsək, çempionluğa ən real namizəd olacağıq”.
Adnan Bərəkət: “Sabah bizi çətin oyun gözləyir. “Qarabağ”ın heyətində güclü futbolçular var. Amma biz də zəif deyilik. Komandamızın qarşısına çempion olmaq tapşırığı qoyulub. Bunun öhdəsindən gələcəyimizə inanıram. Bunun üçün də sabahkı oyunda qələbə qazanıb, zirvəyə bir qədər də yaxınlaşmalıyıq”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı