Cüneyt Biçər: “Hər şeyin bir sonu var”

Cüneyt Biçər: “Hər şeyin bir sonu var”
XƏBƏR 17 Aprel 2010 / 01:26 2089
-  A +

"Qarabağ”la mühüm oyun öncəsi “Bakı”nın baş məşqçisi Cüneyt Biçər qarşılaşma öncəsi fikirlərini klubun rəsmi internet saytına açıqlayıb. Türkiyəli mütəxəssis çətin görüş öncəsi heyətdə itkinin olmamasından sevindiyini bildirib: “Son turda “Xəzər Lənkəran”a qarşı oyunda mühüm qələbə qazandıq. Bu səbəbdən hazırda komandamızda çox gözəl ab-hava hökm sürür. Həftə boyunca hazırlığımız da yüksək səviyyədə keçdi. Sevindirici haldır ki, heyətlə bağlı heç bir problemimiz yoxdur. “Qarabağ” güclü rəqibdir. Bilirəm ki, komanda bu vaxta qədər Quzanlıda məğlub olmayıb. Amma hər şeyin bir sonu var. Bizim məqsədimiz Bakıya 3 xalla dönməkdir. Bunu bacaracağımız halda, çempionluq uğrunda iddiamızı bir daha sübuta yetirəcəyik”.

Son xəbərlər