“Bakı” “Qarabağ”la oyuna hazırdır

XƏBƏR 17 Aprel 2010 / 01:19 1859
-  A +

Unibank Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq “Bakı” Futbol Klubu qarşıdakı matçın hazırlıqlarını başa vurub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında Mingəçevirə gələn komanda üzvləri oyunqabağı son məşqini də məhz burada keçib. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadonunda baş tutan hazırlıq prosesi 1 saatdan bir qədər artıq davam edib. “Zolqalılar” bu gün Quzanlıya Mingəçevirdən yola düşəcək. Xatırladaq ki, “Qarabağ” - “Bakı” oyunu saat 16:00-da start götürəcək.

Son xəbərlər