Berti Foqts: “Komandamız fiziki cəhətdən oyuna hazır idi”

Berti Foqts: “Komandamız fiziki cəhətdən oyuna hazır idi”
XƏBƏR 16 Aprel 2010 / 19:34 2288
-  A +

“Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Komandamız fiziki cəhətdən oyuna hazır idi”. Qol.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın əsas millisinin almaniyalı baş məşqçisi Berti Foqts deyib.
Bu gün “Şəfa” stadionunda Azərbaycanın və Gürcüstanın 16 yaşlılardan ibarət yığmalarının yoldaşlıq oyununu izləyən millimizin çalışdırıcısı AFFA-nın rəsmi internet saytına açıqlamasında belə yoxlama görüşlərinin faydasından danışıb: “Bunun məntiqi nəticəsi kimi son dəqiqədə qələbə qolunu vurduq. Belə yoldaşlıq görüşlərinin tez-tez keçirilməsi uşaq futbolunun inkişafı yönündə atılan böyük addımdır. Bunu həyata keçirən AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Son xəbərlər