Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin birgə təşəbbüsü ilə idman tədbiri keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirə Milli Olimpiya Komitəsinin nümayəndələri ilə yanaşı, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Elnur Əşrəfoğlu və Azərbaycan Şahmat Federasiyasının əməkdaşları da qatılıblar.
Tədbiri giriş sözü ilə açan 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mirsaleh Seyidov qonaqları salamlayaraq, müəssisədə məhbusların idmanla məşğul olmaları üçün bütün şəraitin yaradıldığını bildirib. Daha sonra çıxış edən “Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayıb: “Milli Olimpiya Komitəsinin də prezidenti olan dövlət başçımız İlham Əliyev sözün əsl mənasında, idmanın dostudur. Artıq ölkəmiz dünyanın idman mərkəzinə çevrilib. “Neftçi” Peşəkar Futbol Klubu klubu cəzaçəkmə müəssisələrində təşkil olunan idman tədbirlərində həmişə fəal iştirak edir. Tam əminliklə söyləmək olar ki, hazırda futbolumuz etibarlı əllərdədir. AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında futbolumuzun inkişafı istiqamətində çox uğurlu işlər aparılır. Bu müəssisədə cəza çəkənlərin idmanla məşğul olmasını alqışlayıram və onların tezliklə azadlığa qovuşmasını arzulayıram”.
Ardından “Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti əməkdaşlarının da yer aldığı jurnalistlərdən ibarət komanda ilə məhbuslar arasında şahmat və futbol yarışları baş tutub. Yarışdan sonra 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkənlərə Milli Olimpiya Komitəsi, “Neftçi” klubunun və “OlimpSport” jurnalının hədiyyələri bağışlanılıb. Qərara alınıb ki, növbəti belə tədbir ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü münasibətilə mayın 10-da keçirilsin.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı